Xəbərlər
Lənkəran rayonunun Nərimanabad qəsəbəsində seçicilərlə görüş keçirilib

Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ağacəfər Fətullayev, Sərhad Məmmədov, Rakif İbadov və Aynur Əhmədova seçicilər qarşısında çıxış edərək son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan danışıblar.
Natiqlər firəvan gələcək naminə seçiciləri prezident speçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.