Xəbərlər
Pirallahı rayonunun Çilov adasının seçicilər ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi namizədliyi partiya tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Çilov adasının seçiciləri ilə keçirib.
Görüşdə Milli Məclisin deputatlarından Musa Quliyev, Tahir Mirkişili, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, YAP fəalları və seçicilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkə Prezidenti, xalqımızın ən etibarlı və alternativsiz lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib.
Çıxış edənlər prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyəti ilə bağlı danışaraq , Azərbaycan dövləti və xalqının, o cümlədən Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla getdiyini bildirib, Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın bütün sahələrində misilsiz nailiyyətlər qazanılmasından danışıblar.
Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.