Xəbərlər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Moskvada keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.