YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Venesuela XİN rəhbəri: Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir

Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır.

Bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib. /Trend/

Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir: "Biz mütəmadi olaraq ölkədə vəziyyəti destabilləşdirməyə, sülhə və demokratiyaya təhdid yaratmağa davam etməyə çalışan xarici qüvvələrin qurbanına çevrilirik. Onlar ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edirlər. Lakin bu cür təhdidlər bizi yalnız birləşdirir".

X.A.Monserrat əlavə edib ki, bu gün, XXI əsrdə ölkələr yenidən "soyuq müharibə"nin nəticələri ilə qarşılaşırlar: "Dövlətlərin daxili işlərinə müdaxilə davam edir. Qoşulmama Hərəkatı isə problemin həllində müsbət rol oynamaq istəyir. Biz dünyada sosial ədalətə xidmət etmək üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik. Biz ölkələrin daxili siyasətinə müdaxilənin qarşısını almalıyıq. Biz bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsipinə və sülh və inkişaf daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmalıyıq".