Xəbərlər
Biləsuvar rayonunun Yuxarı Ağalı və Bağbanlar kəndlərində seçicilərə görüş keçirildi
11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Biləsuvar rayonu Yuxarı Ağalı və Bağbanlar kəndlərinin seçiciləri ilə keçirildi.
Görüşdə çıxış edənlərdən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin təbliğat-təşviqar qrupunun üzvlərindən Əjdər Niftiyev və Akif Kazımov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdilər. Qeyd olundu ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Əminliklə bildirildi ki, Biləsuvar rayonunun çoxsaylı Yuxarı Ağalı və Bağbanlar kəndlərinin seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə iştirak edən seçicilərdən Xanağa Nəcəfov, Ağacan Sadıqov,Adilə Vəliyeva çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.