Xəbərlər
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Kolxəlfəli, Pirili və Xılxına kəndlərində keçirilib
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Kolxəlfəli, Pirili və Xılxına kəndlərində keçirildi.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov giriş sözü ilə açaraq bu kəndlərin seçicilərinin 11 apreldə birlik və həmrəylik şəraitində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərinə ümidvar olduğunu bildirdi.
Sonra qərargahın digər üzvləri Elmar Kərimov və Gülgün Kərimov çıxış edərək vurğuladılar ki, şəhər və kəndlərimizdə keçirilən görüşlərdə seçicilərin cənab İlham Əliyev haqqında səsləndirdikləri səmimi sözlər onun ən inanılmış, etibarlı təbliğatıdır.
Sakinlərdən Lətif Orucov, Rayət Şabanov, Eldar Həsənov, Mədəd Əliyev, Azər Məmmədov, Nürəddin İsmayılov, Elçin Əmrahov və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçiciləri seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırdılar.