Partiya xəbərləri
YAP Laçın rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib

“700 min ağac əkək” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilir.
2018-ci il mart ayında Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən aksiyada Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri iştirak ediblər. Qəsəbə ərazisində 1100 ədəd ağac əkilib.
”700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Laçın rayon təşkilatının fəalları tərəfindən Taxta-körpü ərazisində indiyə qədər 4000 ədəd ağac və gül kolları əkilib.