Xəbərlər
Qobustanlılar birmənalı olaraq YAP-ın namizədini dəstəkləyir
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi partiya tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xilmilli, Şıxzahirli və Təklə-Mirzəbaba kənd seçiciləri ilə görüşlər keçirib.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib. Füzuli Gülaliyev əminliklə bildirib ki, Qobustan rayonunun sakinləri də 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Görüşlərlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvü Tahir Səbzaliyev, rayon təbliğat–təşviqat qrupunun üzvləri Bəyim İsmayılova, Əlisa Hacıyev, Vüsal Şıxaliyev dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Qobustan seçicilərini inamlı sabahımıza səs verməyə çağırıblar.
Görüşlərdə seçicilərdən Mübarək Cəbrayılov, Zülfiyyə Bəşirova, Emin Seyidov və digərləri çıxış edərək son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş layihələrdən söhbət açaraq ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün seçiciləri seçki günündə fəal olmağa səsləyiblər.