Xəbərlər
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.