Xəbərlər
Binəqədi rayonunda İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi
25 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti və xalqımıza olan sevgisi sayəsində ölkəmizi məhv olmaq təhlükəsindən xilas edib. Ulu öndər bütün siyasi çıxışlarında başlayıb, tamamlaya bilmədiyi işləri, layihələri İlham Əliyevin tamamlayacağına və başa çatdıracağına əminliyini dəfələrlə vurğulayıb. Azərbaycan xalqı ulu öndərin bu müraciətini qəbul edərək 2003-cü ildə Prezident seçkilərindən cənab İlham Əliyevə etimad göstərdi və beləliklə, ölkəmizdə dahi şəxsiyyət Heyər Əliyev ideyaları parlaq qələbə qazandı.
YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Mineral-Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, elmlər doktoru, professor Mürsəl Əliyev, Milli Məclisin deputatı Madər Musayev, gənc seçicilər adından çıxış edən Xəlil Babayev gənclərin dövlət başçısı cənab İlham Əliyevi dəstəklədiklərini və “İlhamla İrəli” şüarı ilə Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.