Xəbərlər
Prezident İlham Əliyev xalqın güvəndiyi liderdir
YAP Mərkəzi Seçki Qərargahı Füzuli rayon şöbəsinin üzvləri seçicilərlə növbəti görüşlərini rayonun Zobucuq-4 və Zobucuq-5 qəsəbələrində keçiriblər.
YAP Füzuli rayon təşkilatının sədr müavini Rəfael Zülfüqarov görüşlərdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Ölkəmiz hazırda regionun lider dövlətidir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Bütün bunları isə məhz Prezident İlham Əliyev son 15 ildə həyata keçirib. Məhz belə möhtəşəm uğurlara görə füzulilər 11 aprel prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.
Tədbirdə çıxış edən Əvəz Qasımov, Anar Mehdiyev, Qənimət Məmmədov füzulililəri 11 apreldə hamılıqla YAP-ın namizədinə səs verməyə çağırıblar.