YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad rayonun Muğangəncəli, Salmanlı, Cəngən və Çiçəkli kəndlərində seçicilərlə görüşlər keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 24-də rayonun Muğangəncəli, Salmanlı, Cəngən və Çiçəkli kəndlərində seçicilərlə görüşlər keçiriblər.

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva görüşlərdə çıxış edərək bildirib ki,  Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində qüdrətli Azərbaycan mövcuddur. Bu gün Azərbaycanın iştirakı və  razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz. Çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və cənab İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir.

Məleykə Ağayevanın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi cənab İlham Əliyevin prezidentliyə namizədliyi yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra xalqımız, insanlarımız çox ruh yüksəkliyi ilə prosesə qoşulublar. Hər kəs əmindir ki, ümummilli lider Heydər Əliyev siyasətinə alternativ yoxdur.

Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin üzvləri -rayon Ziyalılar Birliyinin sədri  Böyükağa Həmidov, Salamulla Abdullayev, Hicran Xəlilova, Rəna Hacızadə və   əslən ahıska türkü olan Rufat Utarov YAP namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərindən danışıblar.

Görüşlərdə seçicilər inamla bildirdilər ki, onlar hamılıqla cənab İlham Əliyevə səs verəcəklər.