YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax seçiciləri Azərbaycanı müasir inkişafa aparan liderə – Prezident İlham Əliyevə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Qazax rayonunda YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib. İkinci Şıxlı və Məzəm kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov əminliyini ifadə edib ki, dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənən Qazax seçicilərinin prezident seçkiləri günü seçimi Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev olacaq: "Cənab İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 15 ildə bütün sahələr paralel şəkildə inkişaf edib. Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs uğurla davam etdirilib. Mən əminəm ki, aprelin 11-də seçicilərimiz ölkəmizin inkişafının təminatçısı cənab İlham Əliyevə səs verəcəklər".

Tədbirlərdə çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə bldirib ki, cənab İlham Əliyev ötən 15 ildə hər bir azərbaycanlının Prezidenti olub: "Bu gün biz verilən vədlərin əməli nəticəsini görürük. Azərbaycanın hər bir vətəndaşının maddi rifah halı yüksəlib, məvaciblər artırılıb, həyat səviyyəsi yüksəlib. Mən bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram".

Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov bildirib ki, son 15 ildə ölkəmizdə iki milyona yaxın yeni iş yerləri açılıb, kənd təsərrüfatının inkişafında müsbət irəliləyişə nail olunub. Bildirilib ki, kənd təsərrüfatına edilən yardımlar, ayrılan subsidiyalar, qəbul olunmuş Dövlət Proqramı bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız inkişafdır.

Görüşdə çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Qazax raoyn təşkilatının seçki qərargahının üzvü Anar Nəbiyev və başqaları bütün seçiciləri aprelin 11-də Azərbaycanı inkişafa aparan liderə – Prezident İlham Əliyevə səs verməyə çağırıblar.