Xəbərlər
Şamaxının II Çaylı, Həmyəli, II Cabanı və Qonaqkənd kəndlərində seçicilərlə görüş keçirilib
Şamaxıda Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşfiqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun II Çaylı, Həmyəli, II Cabanı və Qonaqkənd kəndlərində keçirilib.
Tədbirlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Eyvaz Eminaliyev çıxış edərək bildirib ki, Azərbaycanda qazanılan hər bir qələbənin əsas mənbəyi xalqın ulu öndər Heydər Əliyev yoluna inamı və sədaqətidir. E.Eminaliyev əmin olduğunu bildirib ki, şamaxılılar İlham Əliyevi dəstəkləyəcək və onu növbəti beş ilə ölkə rəhbəri seçəcəklər.
Görüşlərdə qərargah üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, Səməd Fətəliyev, Namiq Rzazadə, Şahmar Hüseynov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev və Güllü Babaşova çıxış edərək Azərbaycanın iqtisadi cəhətdən güclü məkana çevrilməsindən, iqtisadi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlərdən danışıblar. Növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq. Onlar əminliklə bildiriblər ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir və onun yenidən Prezident seçilməsinə qərar verib.