Xəbərlər
Balakən rayonunun Qaysa və Meşəşambul kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Növbəti görüşlər rayonun Qaysa və Meşəşambul kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin son 15 il ərzində həyata keçirdiyi siyasətin uğurlarından danışıblar. Qeyd olunub ki, uğurların davamlı olması üçün hər bir seçici 11 aprel seçkilərində fəal iştirak etməli və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir.
Görüşlərdə 11 aprel prezident seçkilərinin yüksək seçici fəallığı ilə keçiriləcəyinə əminlik ifadə olunub.