YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlılar Azərbaycanın daha da inkişafı üçün cənab İlham Əliyevə səs verəcəklər

Martın 23-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin üzvləri gartiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əlipənbəyli, Zaraqac, Çölbeşdəli, Çolağaməmmədli  kəndlərində seçicilərlə görüşlər keçiriblər.

 YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva görüşlərdə çıxış edərək bildirib ki, sabirabadlıların mütləq çoxluğu YAP-ın namizədinə-cənab İlham Əliyevə səs verəcəklər. Cənab İlham Əliyevə verilən səslər Azərbaycanın daha qüdrətli olmasına, müstəqilliyinindaha da möhkəmlənməsinə verilən səslərdir.  Cənab Prezidentə verilən səslər ulu öndər Heydər Əliyev ideyalarının yaşamasına, onun inkişaf yolunun davam etməsinə, milli dövlətçiliyimizin möhkəmlənməsinə, Azərbaycanın çiçəklənməsinə, müasirləşməsinə, zənginləşməsinə, güclü və qüdrətli dövlət olmasına verilən səslərdir. Ən nəhayət cənab İlham Əliyevə verilən səslər- Azərbaycanın təhlükəsizliyinə, firavanlığına verilən səslərdir.

Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin üzvləri -rayon ziyalıları Telman Qurbanov, əslən ahıska türkü olan Rufat Utarov YAP namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq  işlərindən danışıblar.

Tədbirlərdə seçicilər də çıxış edərək vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Məhz bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır. 

Yüzlərlə seçicinin iştirak etdiyi görüşlərdə seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.