YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konni Britton BMT-nin İnkişaf Proqramının yeni xoşməramlı səfiri təyin edilmişdir

 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi sahəsində fəaliyyətinə görə amerikan aktyoru Konni Brittonu yeni xoşməramlı səfir təyin etmişdir. 
“Biz Konni Brittonun BMT İP-in dünyada yoxsulluqla mübarizə səylərinə qoşulmasına çox sevinirik”, - deyə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının xarici əlaqələr üzrə direktoru Maykl O Neyl bildirmişdir. O demişdir ki, Konni Britton humanitar məsələlərə böyük həvəs göstərir və dünyada inkişaf məsələləri üzrə maarifçiliyin aparılmasında bizim tərəfdaşımız olacaqdır.
Bildirilmişdir ki, Konni Britton mütəmadi xeyriyyə tədbirlərini dəstəkləməklə dəfələrlə yoxsulluğun azaldılması səylərinin və qadınların hüquqlarının qorunmasının tərəfdarı kimi tanınmışdır. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının yeni xoşməramlı səfiri kimi insanların saləhiyyətləndirilməsi və marjinallaşmaya qarşı mübarizə üçün BMT İP-in qlobal səylərinin tanınmasında öz məşhurluğundan istifadə edəcəkdir. 
Konni Britton öz növbəsində demişdir ki, mən səfərlərimdə ifrat yoxsul insanların yaşadığı yerləri gördüm. Bir milyard insanın belə şəraitdə yaşaması və xroniki xəstələrin altmış faizinin qadınlar olması 2014-cü ildə yolverilməzdir. Dünyada aztəminatlı insanların həyatlarının müsbətə doğru dəyişmək və yaxşılaşdırmaq üçün mən BMT İP ilə işləməyi səbirsizliklə gözləyirəm.
Dördqat “Emmi” mükafatının sahibi Konni Britton hazırda “Nashville” adlı ABC seriallarında çəkilir. O, buna görə “Ən yaxşı aktrisa” televiziya dram serialları nominasiyasında ilk “Qızıl Qlobus” mükafatını almışdır. Konni Britton əsasən “Friday Night Lights” (“Cümə gecələrinin işıqları”) serialında Tami Teylor və “American Horror Story” (“Amerikanın qorxunc hekayəsi”) serialında Vivien Harmon rollarına görə tanınmışdır.