Xəbərlər
Moldova Prezidenti: Bakı Forumu dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkandır
Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb. Bu fikirləri VI Qlobal Bakı Forumu çərçivəsində Moldova Prezidenti İqor Dodon deyib.
Prezident İqor Dodon qeyd edib ki, forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub: “Biz bir neçə regiona aid olan vacib məsələləri müzakirə etdik. Mənim iştirakımla Balkanlardakı vəziyyətin müzakirəsi baş tutdu. Bu bölgədə həll olunmamış bir neçə problem mövcuddur. Mən hesab edirəm ki, bu problemlər Bakı forumunda layiqincə işıqlandırıldı”.