YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır

Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır.

Bunu VI Qlobal Bakı Forumunda Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş müzakirələr zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib: “Azərbaycan geniş Yaxın Şərqin tərkib hissəsidir və bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır. Azərbaycan ərazisinin bir hissəsi işğal olunub, bir milyondan çox ölkə vətəndaşı qaçqına çevrilib. Və bu cür problemlərlə regionun digər ölkələri də üzləşir. Buna yol vermək olmaz”.

E.Məmmədyarov qeyd edib ki, bütün dünyada, o cümlədən Yaxın Şərq və Cənubi Qafqazda iğtişaş və münaqişələrin əsas tərkib hissəsi məlumatlılıqdır:

“Dünya nəticələri, problemləri əvvəlcədən görməlidir və onların yaranmasının və yayılmasının qarşısını almalıdır”.

 

DİGƏR Xəbərlər Arxiv