YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Gənclərlə iş dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

«Gənclərlə iş dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev gənclərimizin geniş intellektə, dünyagörüşünə malik olmalarına, milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilmələrinə, fiziki cəhətdən sağlam yetişmələrinə xüsusi diqqət yetirirdi.

«Qürurverici haldır ki, müasir Azərbaycanın sağlam gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil edir. Gənclərimizin potensialının inkişaf etdirilməsi dövlət gənclər siyasətinin tərkib hissəsidir»-deyə, nazir müavini vurğulayıb.