YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Dövlət hər bir vətəndaşın təhsil almasına təminat verir

«Azərbaycanda dinindən, irqindən asılı olmayaraq dövlət hər bir vətəndaşın təhsil almasına təminat verir». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, dövlətimiz gənclərin yüksək bilik almalarını diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, Azərbaycan gənclərinin tariximizi, milli mənəvi dəyərlərimizi, tarixi-mədəni irsimizi dərindən öyrənmələri çox mühümdür. Sevindirici haldır ki, gənclərimiz məhz vətənpərvərlik ruhunda böyüyürlər.

«Bu istiqamətdə vacib layihələr həyata keçirilir. Gənclər arasında böyük maraqla qarşılanan bu tipli layihələrin məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq, onları milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır. Bu gün əminliklə söyləyə bilərik ki, yeni nəsil yüksək intellektə sahib olaraq vətənpərvərlik ruhunda formalaşırlar»-deyə, F.Qurbanov vurğulayıb.