Xəbərlər
Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək
Martın 5-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçiriləcək.
İclasda iştirak etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və digər rəsmi şəxslər bu gün Tbilisiyə gəliblər.
Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edəcəklər.