YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl Baran: Türk dünyası bir olduğu təqdirdə heç bir güc onun qarşısında dura bilməz

Türk dünyası bir olduğu təqdirdə heç bir güc onun qarşısında dura bilməz. Düşmənə qarşı birgə mübarizə aparılmalıdır. Türkiyə və Azərbaycan birliyi bu baxımdan digər ölkələr üçün nümunədir.

Bu fikirləri Kocaeli şəhər Körfəz rayon bələdiyyəsinin sədri İsmayıl Baran bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman çətin zamanlarda Türkiyənin yanında olub. Azərbaycan Çanaqqaladan başlayaraq bu gün davam edən Afrin əməliyyatına qədər bütün məsələlərdə Türkiyəyə dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev dəfələrlə rəsmi Bakının qardaş Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib. Bu cür birliyin olması türk dünyasını istəməyən güclərin bizə qarşı təxribatçı əməllərinin reallaşmasına imkan verməyəcək.

Türkiyənin Xocalı soyqırımını heç zaman unutmadığını və unutmayacağını deyən İsmayıl Baran vurğulayıb ki, gələcək nəslin yaddaşında əbədi həkk olunması üçün Körfəz bələdiyyəsi soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıb.