YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Ermənistanda vəziyyət siyasi böhranın dərinləşməsinə doğru gedir

«Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da ağırlaşmaqdadır». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, təcavüzkar ölkədə bu böhranın dərinləşməsi əhali ilə hakimiyyət arasında gərginliyi daha da artırır. Onun sözlərinə görə, Ermənistanın belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır.

«Torpaqlarımızı işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi divident gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Çünki məhz təcavüzkar mövqe bu dövləti bu dünyada etibarlı tərəfdaş olmadığını təsdiqləyib. Bu səbəbdən xarici biznes qurumları, şirkətlər, iş adamları Ermənistana investisiya qoymağa maraqlı deyil. Təbii ki, bütün bu proseslər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Bu da nəticə etibarilə siyasi böhranı dərinləşdirməkdədir»-deyə, deputat qeyd edib.