Xəbərlər
Şirzad Abdullayev: Respublikanın 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi həyata keçirilir
«Respublikanın 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır». Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Ş.Abdullayev qeyd edib ki, aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılıb. Onun sözlərinə görə, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib.
«Aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaq»-deyə, Ş.Abdullayev vurğulayıb.