YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Sərgi-satış yarmarkalarının keçirilməsi kiçik sahibkarlığın inkişafına dəstək olacaq

Sərgi-satış yarmarkalarının keçirilməsi kiçik sahibkarlığın inkişafına dəstək olacaq.

Bunu jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Ölkədə əsas prioritet istiqamətlərdən birinin sahibkarlığın inkişaf etdirilməsi olduğunu xatırladan nazir müavini bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. “Bu gün əsas məqsədlərdən biri iri şirkətlərlə kiçik sahibkarların əməkdaşlığının qurulması, eyni zamanda iri şirkətlərlə kiçik şirkətlər arasında birgə layihələrin həyata keçirilməsi, iri şirkətlər tərəfindən müəyyən sifarişlərin kiçik şirkətlərə verilməsi, müəyyən startapların maliyyələşdirilməsində iri şirkətlərin iştirakıdır”, - deyən nazir müavini bildirib ki, ölkəyə geniş turist axınını nəzərə alaraq otellərdə kiçik şirkətlərin istehsal etdikləri məhsulların xüsusilə dekorativ xalq tətbiqi sənətkarlığı məhsullarının, müasir qablaşdırılmış kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkalarının təşkil edilməsi kimi məsələlər gündəmdədir.

Hesab edirəm ki, burada təşkil olunmuş kiçik sahibkarların istehsal etdikləri məhsulların sərgi-satış yarmarkası da kiçik sahibkarlığa bir dəstək və töhfədir.