Xəbərlər
Novruz Məmmədov: Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, gec-tez haqq-ədalət zəfər çalacaq
Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, gec-tez haqq-ədalət zəfər çalacaq.
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb. /Trend/
N.Məmmədov qeyd edib: "1992-ci ildə Ermənistanın hazırkı faşist rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaqdır!"