Xəbərlər
Azərbaycanın müdafiə naziri Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib
Minskdə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.