Xəbərlər
ABŞ səfiri: Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır
Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir qeyd edib ki, ABŞ tərəfindən maliyyələşdirilən məcburi köçkün övladları üçün təhsil proqramı Xocalı faciəsinin ildönümü ərəfəsində bir qədər də əhəmiyyət kəsb edir: “Bu gün bizim məqsədimiz təkcə keçmişdə olanları unutmamaqdan ibarət deyil, həm də gələcəyə baxmaq və öz gələcəyimizə investisiya qoymaqdır. Bu baxımdan hesab edirəm ki, uşaqların təhsilinə göstərilən kömək çox vacibdir”.