YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

«Milli Məclisin 20-dən çox deputatı Xocalı soyqırımının 26-cü ildönümü ilə əlaqədar  xarici ezam olunublar». Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

O.Əsədov qeyd edib ki, hazırda bir çox ölkələrdə Xocalı soyqırımının 26-cı ildönümülə ilə bağlı tədbirlər keçirilir: «Deputatlarımız bu tədbirlərdə, aksiyalarda iştirak edirlər. Bugünlərdə yenə də səfərlər olacaq. Biz Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq səviyyədə işlərə başlamışıq. Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır».