YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya arasında dəmir yolları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” adlı dəmiryolçuların beynəlxalq biznes-forumu çərçivəsində “Rusiya Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Belozyorov ilə görüşüb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər Azərbaycan və Rusiya dəmir yolları qurumları arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluqlarını bildiriblər. Tərəflər “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin qərb hissəsindən keçən ərazisinin gələcək inkişafı, vaqon parkının yeni idarəetmə modelinə keçidi, reallaşdırılan müxtəlif layihələr barədə müzakirə aparıblar. Görüşdə, həmçinin Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri üzrə məsələlər də müzakirə olunub.

Nümayəndə heyətləri, eyni zamanda, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, fevralın 20-dən 22-dək Vyana şəhərində “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” adlı dəmiryolçuların beynəlxalq biznes-forumu keçirilir. İkigünlük forumun əsas mövzusu Asiya və Avropa ölkələri arasında transmilli yük daşımalarında getdikcə artan tələbata cavab verməyin yollarını axtarmaq və Şərq-Qərb dəhlizində dəmir yolu nəqliyyatının effektivliyini artırmaq məsələlərini müzakirə etməkdir.

İyirmi dörd ölkədən nəqliyyat sahəsi üzrə dövlət qurumlarını, dəmir yolu şirkətlərini, nəqliyyat, logistika və maşınqayırma müəssisələrini təmsil edən 250 nümayəndənin qatıldığı forumda ölkəmizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.