Xəbərlər
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək
Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika Nazirliyindən bildirilib ki, həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.
TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinədək uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq.