YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Azərbaycan xalqı olaraq ana dilimizlə qürur duyuruq

«Bu gün bütün dünyada Beynəlxalq Ana Dili günü qeyd olunur. Biz Azərbaycan xalqı olaraq öz dilimizlə qürur duyuruq». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan dili xeyli inkişaf edib. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev hakimiyətdə olduğu bütün dövrlərdə ana dilimizin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərib.

«Hazırda bu siyasət uğurla davam etdirilir. Dövlətimiz Azərbaycan dilinin inkişafı istiqamətində zəruri addımlar atır. Qeyd edim ki, bu sahədə qanunvericilik bazası da gücləndirilir. Məqsəd qloballaşma şəratində Azərbaycan dilini yad təsirlərdən qorumaq və onu daha da inkişaf etdirməkdir. Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siysətimiz olduğu kimi müstəqil ana dilimiz də  var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün  addımlar çox önəmlidir»- deyə, J.Əliyeva qeyd edib.