YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fevralın 23-də TAPI kəmərinin yeni sahəsinin tikintisinə başlanacaq

Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start veriləcək.

Elə həmin gün qaz kəməri ilə yanaşı, Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinin təməli qoyulacaq, Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.

Elektrikötürmə xətti həm qaz kəmərinin ehtiyacı üçün, həm də region ölkələrinin elektrik enerjisi təminatı üçün nəzərdə tutulub. Rabitə xətti isə regionun qərbi ilə şərqi, şimalı ilə cənubu arasında telekommunikasiya körpüsü rolu oynayacaq.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında qeyd edib ki, ölkənin energetika strategiyasında vacib aspektlərdən biri Türkmənistanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, enerjidaşıyıcılarının nəqlinin etibarlığını və qorunmasını təmin edən çoxvektorlu beynəlxalq sistemin yaradılmasıdır. Q.Berdiməhəmmədov deyib: “Bu, özünün praktik təcəssümünü Türkmənistanın qlobal enerji təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılmasına istiqamətlənmiş xarici siyasət təşəbbüslərində, həmçinin irimiqyaslı beynəlxalq energetika layihələrində əks etdirir. TAPI məhz belə layihələrdəndir”.

Ölkənin irimiqyaslı layihələrin icrası istiqamətində regionda səmərəli iş aparıldığını bildirən Türkmənistan Prezidenti xüsusi əhəmiyyət verilən TAPI qaz kəməri layihəsinin icrasını, həmçinin, energetika, rabitə, nəqliyyat və kommunikasiya sahələrində digər mühüm layihələri misal gətirib.

Q.Berdiməhəmmədov deyib: “Türkmənistan qazını Asiya ölkələrinə çatdıracaq TAPI qaz kəmərinin tikintisi müstəqil neytral dövlətimizin tarixinə qızıl hərflərlə həmişəlik həkk olunacaq”.

TAPI qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə, elektrikötürmə xətlərinin təməlqoyma və Sərhətabad-Turqundi dəmir yolu xəttinin açılışına həsr olunan tədbirlərdə layihənin iştirakçı-ölkələrinin, Mərkəzi Asiya regionu, həmçinin Azərbaycan, Gürcüstan və digər ölkələrin yüksəkvəzifəli nümayəndələri iştirak edəcəklər.