YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb

“SOCAR Trading” şirkəti üçüncü tərəflərin məhsullarının satış həcmini 3 dəfəyə qədər artırıb.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, SOCAR-ın ticarət qolu olan “SOCAR Trading” şirkəti Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir ki, bu da ötən il xam neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırmağa imkan yaradıb: “Nəzərə almaq lazımdır ki, həmin həcmin 86 milyon tonunu üçüncü tərəflərin xam neft və neft məhsulları təşkil edib. Beləliklə, “SOCAR Trading” şirkəti xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. Bu, şirkətin 10 illik yubileyi ərəfəsində qazandığı böyük uğurdur. Bu nailiyyət, əsas etibarilə, “SOCAR Trading” şirkətinin Çin və Hyustonda ofislərinin genişləndirilməsi və “Ağır dizel yanacağı” kateqoriyası üzrə bazar payının artırılması sayəsində mümkün olub”.