Xəbərlər
Rövnəq Abdullayev: Azərbaycan hökuməti “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə vəsaiti ayırıb
SOCAR “Ümid” və digər strukturların işlənməsinə dair perspektiv əməkdaşlıq üçün danışıqlar aparmağa hazırdır.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR-ın prezidenti bildirib ki, “Abşeron” yatağı SOCAR və Fransanın “Total” şirkəti tərəfindən birgə işlənəcək: “SOCAR “Ümid” və digər strukturların işlənməsinə dair perspektiv əməkdaşlıq üçün danışıqlar aparmağa hazırdır. Azərbaycan neft-qaz sənayesi zəngin tarixi ənənələrə malikdir və enerji resurslarımızı inkişaf etdirmək üçün bizim kifayət qədər texniki və maliyyə imkanlarımız var. Əslində, hökumət artıq “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə vəsaiti ayırıb. Buna görə də SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənilməsi üçün heç bir xarici tərəfdaşdan asılı deyil. Lakin dövlət şirkəti olaraq, biz mövcud vəsaitlərin bir hissəsinin qənaət olunmasına, onların təhsil və səhiyyə kimi digər iqtisadi-sosial sahələrə yönəldilməsinə üstünlük veririk. Bu baxımdan, potensial tərəfdaşların qarşılıqlı fayda əsasında layihələrimizə investisiya qoymaq və cəlb olunmaq istəyini alqışlayırıq”.