Xəbərlər
Qəri Counz: "Şahdəniz-2" platformasından hasilat ilin ikinci yarısında başlayacaq

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" platformasından qaz hasilatına cari ilin ikinci yarısında başlanılacaq.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
Qəri Counz əlavə edib ki, bu il "Şahdəniz-1"dən əlavə həcmdə qaz çıxarılacaq və yataqdan hasilatın artırılması planlaşdırılır. Bu əlavə həcmdəki təbii qaz iyunun sonunda Cənubi Qafqaz Boru Kəməri və TANAP-la nəql ediləcək. İlin ikinci yarısından etibarən isə "Şahdəniz-2" platformasından qaz çıxarılmağa başlayacaq. Bu il ərzində TANAP-la illik 2 milyard kubmetr əlavə həcmdə təbii qazın verilməsi nəzərdə tutulur.