Xəbərlər
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 2,9 milyon ton neft göndərilib
Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 542,2 min ton neft nəql olunub. Nəqletmənin 81,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Ay ərzində bu kəmər vasitəsilə 2 milyon 895,2 min ton neft ötürülüb. Ötən ay BTC ilə 554 min ton tranzit neft də nəql edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.