YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda yeni amnistiya aktı qəbul edilməlidir

«Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Bununla bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanıb və bu əlamətdar hadisə ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulur». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Bu il eyni zamanda müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunacağını deyən S.Novruzov bildirib ki, Milli Məclisin tədbirlər planına bununla bağlı da məsələlər daxil edilməlidir. Onun sözlərinə görə, Ümummilli liderin fəaliyyətinin əsas hissəsini ölkədə humanizm prinsiplərini bərqərar etmək təşkil edib.

 «Humanizm Ulu öndərin həyat meyarı olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Amnistiya və Əfv fərmanları qəbul edilib. Bu müddət ərzində 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Hər bir millət vəkili amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Builki əlamətdar hadisələri nəzərə alaraq, ölkə başçısından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edə bilərik. Bu, həm AXC-nin 100 illiyinə, həm də Ulu öndərin anadan olmasının 95 illiyinə verilən qiymət ola bilər»-deyən millət vəkilinin sözlərinə görə, bu amnsitiya faktı digərlərindən fərqlənməlidir.

«Hesab edirəm ki, bu akt fərqli olmalıdır. Amnistiya aktının əhatəsi prinsip etibarı ilə geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə, yaşı 60-dan yuxarı olan qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanlara, yaşı 70-dən yuxarı olan bütün kişlərə, radikal cərəyanlara qoşulmayan dindar şəxslərə, ayrı-ayrı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclərə tətbiq oluna bilər. Bu gün ATƏT-də, NATO-da, AŞPA-da müəyyən qruplar var ki, müxtəlif bəhanələrlə ölkəmizin imicinə kölgə salmağa çalışırlar. Hesab edirəm ki, amnistiya aktı bu məsələlərə də son qoya bilər»-deyə, YAP İcra katibinin müavini vurğulayıb.