Xəbərlər
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı qəbul olunub
Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. İclasda yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Parlamentin yaz sessiyasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılması nəzərdə tutulur.
Bundan başqa, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt Azad İqtisadi Zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama Palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirəyə çıxarılması planlaşdırılır.
Sessiya dövründə həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq.
Müzakirələrdən sonra deputatlar qanunvericilik işləri planını qəbul ediblər.