Xəbərlər
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunacaq
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı, İntizam komissiyalarının yenidən təşkil edilməsi, Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılacaq.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Peşə təhsili haqqında” qanun layihələri müzakirə olunacaq.
Deputatlar “Sosial sığorta haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dərman vasitələri haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri nəzərdən keçirəcəklər. Həmçinin İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.