YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 1,2 milyard dollar artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) keçən il mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri artırıb.

Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edilib ki, 2017-ci ildə Neft Fonduna dövlətin payına düşən mənfəət neftinin və qazın satışından 6 milyard 410 milyon ABŞ dolları həcmində vəsait daxil olub. 2016-cı ildə isə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-in büdcəsinə 5 milyard 189,1 milyon ABŞ dolları və ya 8 milyard 320 milyon manat məbləğində vəsait daxil olmuşdu. Beləliklə də ötən il Dövlət Neft Fondunun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri 1 milyard 220,9 milyon dollar artıb.

Xatırladaq ki, 2016-cı ildə ARDNF-ə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından əldə edilib. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon dollar və digər yataqlar üzrə isə 24,9 milyon dollar həcmində vəsait daxil olub.