Xəbərlər
Silahlı Qüvvələrə Yardım Fonduna fevralın 1-dək 100 milyon manatdan artıq vəsait daxil olub
Silahlı Qüvvələrə Yardım Fonduna fevralın 1-dək 88.311.629,32 AZN, 213.073,88 ABŞ dolları, 10136,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.