Xəbərlər
Əli Əhmədov: YAP gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasında öz töhfələrini verəcəklər
Yeni Azərbaycan Partiyasının gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasında öz töhfələrini verəcəklər.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov qeyd edib ki, 2018-ci il prezident seçkiləri ilidir: "Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin YAP-ın namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasında, cənab Prezidentin qələbəyə nail olunmasında YAP gəncləri öz töhfələrini verə biləcəklər".