Xəbərlər
Azərbaycanın xarici işlər naziri Fransaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 17-18-də Fransada işgüzar səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin UNESCO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.