YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oleq Kuznetsov: Erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır

Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.

Bu sözləri  tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov deyib.

Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: “Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görərik ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir”.

Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.

Qafqazşünas alim deyib: “Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam.”

 

DİGƏR Xəbərlər Arxiv