YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Yeni mərhələdə həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir

«Azərbaycanda yeni mərhələdə həyata keçirilən  iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir». Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, inkişafın yeni mərhələsi qeyri-neft sektorunun hesabına reallaşdırılır. Onun sözlərinə görə, bu baxımdan qeyri-neft sənayesi ilə yanaşı aqrar sahə də vacib istiqamətdir.

 «Aqrar sahə qeyri-neft sektorunda xüsusi çəkiyə və əhəmiyyətə malikdir. Çünki bu sahə ölkəmizin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər dünyada baş verən siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır. Aqrar sektorda məhsul ixracının imkanları genişdir. Neftin qiymətinin dünyada xeyli aşağı düşdüyü bir zamanda bu məsələ çox aktualdır. Enyi zamanda, əhalinin böyük hissəsi regionlarda yaşayır və bölgələrin sakinlərinin çox hissəsi də kənd təsərrüfatı ilə məşğul olurlar. Buna görə də, aqrar sektorun inkişafı həmçinin, insanların  məşğulluğunun artmasına əhəmiyyətli təsir göstərir. Bu amil həmçinin bilavasitə insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv