YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Qeyri-neft sektorunun inkişafında kiçik və orta sahibkarlığın xüsusi rolu var

«Qeyri-neft sektorunun inkişafında kiçik və orta sahibkarlığın xüsusi rolu var». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, ixraca yönələn məhsul istehsalının genişləndirilməsində, məşğulluğun təmin edilməsində də kiçik və orta sahibkarların rolu böyükdür.

«Strateji Yol Xəritələri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri addımlar atılır. O cümlədən, qadın sahibkarlığının inkişafı istiqamətində stimullaşdırıcı mexanizmlər tətbiq edilir. Bu baxımdan, Sahibkar Qadınlar Assosiasiyasının və qadınlar üçün biznes-inkubatorların yaradılmasını, əl əməyi ilə məşğul olan kiçik sahibkarların bacarıqlarının artırılmasına yönəlmiş təşviqat tədbirlərinin və sərgilərinin keçirilməsi və s. göstərmək olar»- deyə, nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv