YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində milli maraqların qorunması əsas təşkil edir

«Bu gün Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri dövlətlər, təşkilatlar arasında qarşılıqlı inteqrasiya prosesinin güclənməsidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycanın xarici siyasətində  milli maraqların qorunması əsas təşkil edir. Onun sözlərinə görə, ötən dövr ərzində qeyd olunan istiqamətdə Azərbaycan mühüm nailiyyətlərə imza atmağı bacarıb.

«Elə bunun nəticəsidir ki, siyasi, iqtisadi, mədəni, humanitar və digər vacib sahələrdə qurulan qarşılıqlı əməkdaşlıqdan ölkəmiz böyük dividendlər qazanıb və hazırda bu proses uğurla davam etdirilir. Azərbaycan beynəlxalq müstəvidə siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı uğurla davam etdirir. İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlərlə normal, bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsinə maraqlıdır. Bu sahədə də ciddi nailiyyətlər əldə edilib»- deyə, deputat vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv