Xəbərlər
Gürcüstan bu il Azərbaycandan 2 milyard kubmetrdən çox qaz almaq niyyətindədir
Cari ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2 milyard 689 milyon kubmetr həcmində proqnozlaşdırılıb.
Gürcüstan tələb olunan qazın 1 milyard 866 milyon kubmetrini SOCAR-ın xətti ilə əldə etməyi planlaşdırır. Təqribən 813 milyon kubmetr qaz “Şahdəniz” yatağından alınacaq. Qalan 9,4 milyon kubmetr qaz isə daxili hasilatın hesabına əldə olunacaq.
Gürcüstan bu ildən Rusiyadan təbii qaz almayacaq.